AZ

Türkiyədə polis bölməsində atəş açıldı: Ölən və yaralananlar var

Türkiyənin Adıyaman şəhərində polis məmuru bölmədə vəzifə başında digər polis əməkdaşlarına silahla atəş açıb.

İnsident Adıyaman Altınşehir Polis Bölməsində baş verib.

İddialara görə, polis bölməsində növbətçi olan polis məmuru naməlum səbəbdən digər polis əməkdaşlarına silahla atəş açıb. Hadisə zamanı azı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Yaralananlardan bəzilərinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Mənbə: İHA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
Mənbələr
Şərh ()
Bağla