AZ

Kimya fabrikində DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var

Tailandın Map Tha Put əyalətindəki kimya fabrikində partlayış baş verib.

Musavat.com İHA-ya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10.30-da baş verib.

Məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisədən dərhal sonra bölgədə 2-ci dərəcəli həyəcan siqnalı verilib. Fabrikin ətrafındakı 2 kvadrat kilometr ərazi boşaldılıb və əhaliyə yanğından yayılan zəhərli qazdan qorunmaq üçün maska ​​taxmaları ilə bağlı xəbərdarlıq edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
2
Mənbələr
Şərh ()
Bağla