AZ

Tacikistan vətəndaşlarına Rusiyaya getməyi qadağan edir..?

...Tacikistan Xarici İşlər Nazirliyi respublika vətəndaşlarının Rusiyaya girişindən imtina ilə bağlı kütləvi hallar barədə məlumat yayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Tacikistan Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin məlumatına görə, bu barədə Düşənbədə Rusiya səfiri Semyon Qriqoryevlə görüş zamanı bildirilib.

Belə ki, Asiya dövlətinin diplomatik departamenti ölkə vətəndaşlarının son həftələrdə Rusiya Federasiyasının dövlət sərhədini keçərkən qarşılaşdıqları çətinliklərdən danışıb.

Bildirilir ki, görüş Rusiya və Tacikistan arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin gələcəkdə gücləndirilməsi məsələlərinə həsr olunub.

Bundan əvvəl Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin Tacikistanın xarici işlər naziri Sodik İmomiyə respublikanın Krasnoqorskdakı “Crocus City Hall” konsert zalında törədilmiş terror aktının araşdırılmasında göstərdiyi köməyə görə təşəkkür edib.

Yeri gəlmişkən, aprelin 6-da Türkiyə Tacikistan vətəndaşlarına respublikaya vizasız daxil olmasına qadağa qoyub.

Bu barədə sərəncamı respublika prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

...Qərarın səbəbləri açıqlanmayıb.

Nazlı

Seçilən
122
24
Mənbələr
Şərh ()
Bağla