AZ

Tacikistan yenə də vətəndaşlarına Rusiyaya "getmə" deyir..?

Tacikistan Xarici İşlər Nazirliyi vətəndaşlara Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib. Bu bəyanat Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalına hücumdan sonra Rusiya dövlət qurumlarının Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı təzyiqlərinin kəskin artması fonunda verilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu iş üzrə həbs edilən şübhəlilərin əksəriyyəti Tacikistan vətəndaşlarıdır.

Qeyd edək ki, bununla bağlı elan aprelin 27-də nazirliyin saytında yerləşdirilib.

Mətndən belə çıxır ki, Rusiyaya yalnız təcili ehtiyac yarandıqda getməlisən. Bundan əvvəl insan haqları təşkilatları Rusiyada Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı ksenofobik etirazların artdığını bildirmişdilər.

Onu da qeyd edək ki, Tacikistanın xarici işlər naziri Sirojiddin Muxriddin aprel ayında bildirib ki, Rusiyadayaxşı düşünülməmiş məlumat kampaniyası Tacikistan vətəndaşları və taciklər haqqında mənfi təsəvvürlər yaradır.

Yeri gəlmişkən, bir gün əvvəl Tacikistan Xarici İşlər Nazirliyi vətəndaşların Rusiyaya daxil olmaqdan kütləvi şəkildə imtina etdiyini açıqlamışdı.

Rusiya sərhəd-keçid məntəqələrində şahidlərin verdiyi məlumata görə, bu, əsasən gənc kişilərə aiddir.

...2023-cü ildə Tacikistanın Əmək, Miqrasiya və Məşğulluq Nazirliyinin məlumatına görə, 652 min insan işləmək üçün Rusiyaya gedib.

Onlar Özbəkistan vətəndaşlarından sonra ölkədə əmək miqrantlarının ikinci ən böyük qrupudur.

Xatırladaq ki, bu gün TacikstanınÜDM-nin təxminən üçdə biri işçilərin xaricdən, əsasən də Rusiyadan köçürmələri hesabına formalaşır.

...Və Rusiya iqtisadiyyatı da öz növbəsində xaricdən işçi qüvvəsinə ciddi ehtiyac duyur. Hələ 2023-cü ildə sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov işçi çatışmazlığını iqtisadiyyatınəsas problemiadlandırmışdı.

Nazlı

Seçilən
145
24
Mənbələr
Şərh ()
Bağla