AZ

Volodin: Rusiyasız Finlandiya inkişaf edə bilməyəcək

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Finlandiya hakimiyyətinin Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamaq qərarı Avropa ölkəsinin vətəndaşlarına “zərər” verəcək.

Oxu24.com  xəbər  verir  ki, Volodinin sözlərinə görə, Finlandiyanın şərq bölgələri "Rusiya Federasiyası ilə əlaqələr sayəsində inkişaf edib və indi iqtisadi artım yavaşlayıb".

 

Deputat əlavə edib ki, “Finlandiyada turizm sektorunda layihələrə başlayan və diqqətini Rusiyaya yönəldən bir çox iş adamı artıq müflis olub, çünki səyahətçi axını xeyli azalıb”.

“Bu, Finlandiyanın NATO-ya daxil olmasının ilk nəticələrindən və nəticədə suverenliyini itirməsindən başqa bir şey deyil. Bəs bununla kimi cəzalandırdılar? - Volodin bildirib.

 

Nigar

 

Seçilən
171
10
Mənbələr
Şərh ()
Bağla