AZ

Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..

"Misir Qəzza bölgəsində atəşkəsə nail olmaq və bölgə sakinlərinə zəruri humanitar yardımın çatdırılması üçün intensiv işləməkdə davam edir..."
 
Misir hakimiyyəti Qəzza bölgəsi sakinlərinin o cümlədən Misirin Sina yarımadasına yerdəyişməsi ideyasının qəti əleyhinədir.
 
Moderator.az xəbər verir ki, bu barədə Misir prezidenti Əbdül Fəttah əs-Sisi bəyan edib.
 
O, öz mövqeyini iki səbəblə izah edib. "Misir Fələstin işini qorumaq və öz mili təhlükəsizliyini müdafiə etmək üçün fələstinlilərin Sina yarımadası və istənilən digər yerlərə yerdəyişmə ideyasını rədd edir", - bunu Misir lideri ölkədə 1973-cü ilin Qiyamət Günü müharibəsində Sina yarımadasının azad edilməsi ilə bağlı qeyd edilən milli bayram tədbirlərində çıxışı zamanı bəyan edib.
 
Misir prezidenti əlavə edib ki, Qahirə "Qəzza bölgəsində atəşkəsə nail olmaq və bölgə sakinlərinə zəruri humanitar yardımın çatdırılması üçün intensiv işləməkdə davam edir".
 
"Sina Misirin ayrılmaz tərkib hissəsidir, yarımada həmişə hücum və təcavüz obyekti olub, lakin heç vaxt bir qarış torpağını kimsəyə verməyib, - əs-Sisi qeyd edib. - Bu, Misir vətənpərvərliyinin başlıca prinsiplərindən və milli təhlükəsizliyimizin ən mühüm amillərindən biridir".
 
Qeyd etmək lazımdır ki, ilk dəfə olaraq İsrail əvvəllər Misirə məxsus olan Sina yarımadasının bütün ərazisini Süveyş kanalınadək 1967-ci ildə altı günlük müharibənin gedişində zəbt etməyə nail olub.
 
Misir üçün həm Süveyş kanalı, həm də ona bitişik Sina əraziləri ən mühüm siyasi və iqtisadi əhəmiyyətli olub və olmaqda davam edir. Ona görə də 1973-cü ildə Misir və müharibə nəticəsində Colan təpələrinin bir hissəsini itirən Suriya ilə İsraildən özlərinin hesab etdikləri torpaqları geri almaq məqsədilə birləşib.
 
Artıq 1973-cü il oktyabrın 7-də başlanan müharibədən bir həftə sonra ərəb qoşunları həm Sina yarımadasından, həm də Colan təpələrindən tamamilə sıxışdırılaraq çıxarılıb. Tezliklə dünya ictimaiyyətinin təzyiqi nəticəsində BMT atəşkəs barədə qətnamə qəbul edib.
 
Altı ildən sonra, 1979-cu ildə Misir və İsrail arasında sülh müqaviləsi imzalanıb, bu müqaviləyə əsasən İsrail öz qoşunlarını və məskunlaşan sakinlərini Misirlə normal siyasi dialoq və daimi sülh zəmanəti müqabilində Sina yarımadasından çıxarmaq öhdəliyi götürüb.
 
Lakin müxtəlif səbəblərdən Sinanın Misirə verilməsi prosesi uzanıb və Kemp-Devid sazişinin bütün şərtləri yalnız 25 aprel 1982-ci ildə, İsrailin Misir ərazilərini tamamilə tərk etməsindən sonra icra olunub. Həmin gün Misirin Sina yarımadasının azad edilməsi Günü kimi bayram edilir.
Seçilən
83
8
Mənbələr
Şərh ()
Bağla