AZ

YAP Nəsimi rayon təşkilatı qanvermə aksiyası keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü ilə qanvermə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, aksiyada rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin, ali təhsil ocaqlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Azərbaycanın müstəqillik əldə etməsindən sonra xalqımızın öz milli dəyərlərinə qovuşduğunu diqqətə çatdıraraq, insanlarımızın könüllü şəkildə belə xeyirxah aksiyalarda iştirak etdiklərini vurğulayıb.

Qanvermə aksiyasında 300 nəfərdən çox partiya fəalı iştirak edib.

Seçilən
110
46
Mənbələr
Şərh ()
Bağla