AZ

YAP Qaradağ rayon təşkilatı tədbir keçirdi - FOTOLAR

Aprelin 9-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (QMƏVŞA İB) Qaradağ rayon şöbəsinin və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə  “Aprel döyüşləri - Böyük Zəfərin başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib. 

"Unikal" xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.  

Sonra Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.  

Tədbiri giriş sözü ilə açan QMƏVŞA İB Qaradağ rayon şöbəsinin sədri Məqsud Heydərov Aprel döyüşlərində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində erməni məğlubedilməzliyi barədə mifin dağıdılmasını, Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığını, onun malik olduğu ən müasir silahlarla işğal altında olan ərazilərin bir hissəsinin azad olunmasını xatırlatdı. Qeyd etdi ki, tarixə Aprel döyüşləri kimi düşən əməliyyat xalqımızın birliyini, qələbə əzmini daha daha da möhkəmləndirib. 

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov qeyd etdi ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Böyük uğurla nəticələnən həmin hərbi əməliyyat Aprel döyüşləri kimi tarixləşdi. Bu döyüşlər ordumuzun torpaqlarımızı işğalçı qüvvələrədən təmizləmək qüdrətində olduğunu bütün dünyaya nümayiş etdirdi. 

Qaradağ rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov özünün də iştirakçısı olduğu həmin döyüşlərdə Azərbaycan Ordusunun qətiyyətli hücumu, qazandığı qələbələri ilə düşmənin məğlubedilməzlik mifinin yalan olduğunu dünyaya nümayiş etdirdiyini vurğuladı. O qeyd etdi ki, xalqımız öz  ordusu, qorxubilməz oğulları ilə qürur duyur, Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşdi. 

Tədbirdə digər çıxış edən YAP fəalları: Heydər Əliyev Mərkəzinin əməkdaşı Aysel Yunuszadə, Əmək, Silahlı Qüvvələr və Müharibə Veteranları təşkilatınını Qaradağ filialının sədri Əli Məmmədov, Vətən müharibəsi qazisi Bəhrəm Rəcəbli, V.Əsədov adına uşaq bağçasının tərbiyəçisi Turanə Qasımova, Uşaq Sammativ Sanatoriyasının əməkdaşı Türkanə Əliyeva, Qarabağ Qaziləri Təşkilatının Qaradağ rayon şöbəsinin sədri Əvəz İsmayılov və başqaları Aprel döyüşlərinin əhəmiyyətindən bəhs etdilər. Onlar vurğuladılar ki, bu döyüşlər Azərbaycan Ordusunun düşmənin istənilən miqyaslı təxribatının qarşısını almağa qadir olduğunu sübut etdi. Aprel döyüşləri həm də Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqinin, peşəkarlığın, döyüş hazırlığının fərqinin də təsdiqi olub. 

 Sonda xatirə fotosu çəkdirilib. 
 

Seçilən
240
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26269
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
17480
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16911
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16398
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13960
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11421
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11314
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10715
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10018
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9451
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7254
Səidə Sultan klipi üçün lüt soyundu
7128
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6137
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5941
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5676
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5185
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
5103
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4550
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4287