AZ

Abşeronun icra başçısı şəhidin anım mərasimində - FOTOLAR

4 il bundan əvvəl sentyabrın 27-də başlananyurd yerlərimizin “Azadlıq yolu” noyabrın 9-da Zəfər günü ilə yekunlaşdı.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində rəşadətli ordumuz cəmi 44 gün ərzində düşməni döyüş meydanında məğlub etdi. Bununla da torpaqlarımız erməni işğalından azad edildi. Azərbaycan hərb meydanında 30 illik vətən həsrətinə son qoymaqla, qazandığı şanlı qələbə ilə ilahi ədaləti həyata keçirdi, beynəlxalq hüququbərpa etdi. 

"Unikal" xəbər verir ki, Vətən müharibəsində qazandığımız tarixi Qələbə ölkəmizin dünya miqyasındakı nüfuzunu artırmaqla yanaşı Ermənistanın işğalçı dövlətolduğu bir daha sübut edildi. 

Rəşadətli ordumuzun şücaəti, igid oğullarımızın qəhrəmanlığı sayəsində bu gün doğma Qarabağımızın hər yerində 3 rəngli müqəddəs bayrağımız dalğalanır. Neçə-neçə vətən oğulları öz canları, qanları bahasına Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar.

Belə oğullardan biri də, vətənin ərazi bütövlüyünün qorunması üçün şəhidlik zirvəsinə ucalan, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medallarına layiq görülən Zalov Vidadi Nizami oğludur. Bu gün şəhid qəhrəmanımızın anım tədbiri keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı AbdinFərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron Rayon Mərkəzi Xəstəxanası “Publik hüquqi şəxsin” direktoru, Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları,  Regional YAP Abşeron  Rayon Təşkilatının sədri, Abşeron RİH Yanında İctimai Şuranın sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə şəhidimizin Saray qəsəbə Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Daha sonra anım tədbiri şəhid Vidadi Zalovunəvvəllər təhsil aldığı Saray qəsəbə 2 saylı tam orta məktəbdə davam etdirilib. Burada dövlət himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsində ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Şəhid Vidadi Zalovun həyat və döyüş yolundan bəhs edən sənədli film nümayiş olunub. 

Tədbirdə çıxış edən RİH başçısı AbdinFərzəliyev Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Ramazan bayramı təbrikini tədbir iştirakçılarının diqqətinə çatdırıb. RİH başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində regionda yeni reallıqlar yaranıb. Bu reallıqlarda Azərbaycanın diktə edən tərəf olduğu, ölkəmizin milli maraqlarının ən yüksək səviyyədə qorunduğunu vurğulayan RİH başçısı dövlətimizin sülh tərəfdarı olduğu, atılan bütün addımların da mehriban qonşuluq və beynəlxalq hüququn prinsiplərinə söykəndiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Şəhid Vidadi Zalovun həyat və fəaliyyətinin gənc nəsil üçün örnək olduğunu, onun cəsarətinin, hünərinin və döyüş yolunun təbliğinin vacibliyini qeyd edən Abdin Fərzəliyev bildirib ki, şəhidlərimizin, o cümlədən rəşadətli ordumuzun sayəsində bu gün Qarabağda yenidən həyat canlanıb.  

Sonra şəhid Vidadi Zalovun atası, Abşeron Ağsaqqallar Şurasının sədri Nizami Zalov çıxış edərək bildirib ki, oğlu hər zaman vətəni, onun bütövlüyü üçün çalıb. Oğlunun bir həbçi kimi daima qaynar nöqtələrdə xidmət etdiyini vurğulayan N.Zalov bildirib ki, bu gün ölkəmizin müdafiə qabiliyyəti ən yüksək səviyyədədir və ordumuz bundan sonra da baş verəbiləcəkdüşmən təxribatlarının qarşısı hər an almağa qadirdir. 

Sonra şəhid Vidadi Zalovun sinif rəhbəri Gülsurə Pirəliyeva, Vətən Müharibəsi iştirakçısı Vidadi Əliyev çıxış edərək şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətlərdən və  şücaətlərdən bəhs edib, xatirələrini danışıblar.Ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

Sonda şəhid Vidadi Zalovun oğlu Nizami Zalov və 2 saylı tam orta məktəbin şagird kollektivi şəhidlərə, vətənə və qələbəyə aid şeirlərsəsləndiriblər.  

Tədbirdən sonra RİH başçısı Abdin Fərzəliyev şəhid Vidadi Zalovun adını daşıyan sinifə baş çəkib, burada məktəblilər üçün yaradılan şəraitlə tanış olub, şəhidin ailə üzvləri ilə görüşüb.

Seçilən
232
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25703
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16700
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
15613
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13893
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11301
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
11014
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10673
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10472
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9964
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9267
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7086
Səidə Sultan klipi üçün lüt soyundu
6987
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6116
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5885
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5511
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5104
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4636
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4484
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4124