AZ

Kilian Mbappedən yeni rekord

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe rekorda imza atıb.

Redaktor.az xəbər verir ki, Liqa 1-in XXIX turunda, “Loryan”la matçda (4:1) fərqlənən forvard cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 43 görüşdə 43-cü qolunu vurub.

25 yaşlı oyunçu bu qolları Fransa Liqa 1, ölkə kuboku və Çempionlar Liqası qarşılaşmalarında rəqib qapılarından keçirib. Fransa millisinin üzvü 2020/2021 mövsümündə 42 qolla yadda qalmışdı.

Qeyd edək ki, 2018-ci ildən Paris klubunun şərəfini qoruyan Mbappenin müqavilə müddəti bu yay başa çatır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
5
Mənbələr
Şərh ()
Bağla