AZ

Mbappe PSJ-nin heyətində yeni rekorda imza atdı

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe rekorda imza atıb.

Yenisabah.az xəbər verir ki, Liqa 1-in XXIX turunda, “Loryan”la matçda (4:1) fərqlənən forvard cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 43 görüşdə 43-cü qolunu vurub.

25 yaşlı oyunçu bu qolları Fransa Liqa 1, ölkə kuboku və Çempionlar Liqası qarşılaşmalarında rəqib qapılarından keçirib. Fransa millisinin üzvü 2020/2021 mövsümündə 42 qolla yadda qalmışdı.

2018-ci ildən Paris klubunun şərəfini qoruyan Mbappenin müqavilə müddəti bu yay başa çatır.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
5
Mənbələr
Şərh ()
Bağla