AZ

“İnter” fanatları “Milan”ın tabutunu hazırladılar

Məlum olduğu kimi, “İnter” cari mövsümdə A Seriyasının liderliyini təmin edərək, 20-ci dəfə İtaliya çempionu olub.

Arena.az xatırladır ki, “neradzurri” skudettonu İtaliya A Seriyasının 33-cü turunun “Milan”la səfər oyununda əzəli rəqibini Milan derbisində 2:1 hesabı ilə məğlub etməklə qazanıb.

Oyundan sonra səhərə qədər Milan küçələrində qələbəni bayram etmiş tiffozi Milan kilsəsi qarşısına “Milan”ın rənglərinə boyanmış tabut gətirərək, “rossoneri”nin “ölümü” münasibətilə başsağlığı verib. “İnter” azarkeşləri bu səhnəcikdə əzəli rəqibi “Milan”ı xeyli ələ salaraq zövq alıb, mərhum “Milan”ın ruhuna dualar oxuyaraq, o dünyada “rossoneri”yə gözəl futbol və çoxlu kuboklar arzulayıblar.
Hoqqabazlıqla müşahidə edilən bu hadisənin qalmaqalsız ötüşdüyü vurğulanır.

“İnter” cari mövsüm İtaliya A Seriyasının başa çatmasına 5 tur qalmış çempionluğunu təmin edib. Bu, sözügedən klubun tarixində 20-ci İtaliya çempionluğudur. “Neradzurri” hazırda 33 oyundan 86 xalla yarış cədvəlinə başçılıq edir. Komanda ən yaxın rəqibi, 2-ci pillədə qərarlaşmış “Milan”ı (69 xal) 17 xal qabaqlayır.

Seçilən
104
42
Mənbələr
Şərh ()
Bağla