AZ

Naməlum şəxslər Cibuti sahillərində Britaniya gəmisinə hücum ediblər

Naməlum şəxslər Cibuti sahillərində gəmiyə hücum ediblər.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatlarının (UKMTO) saytında məlumat verilib.

Məlumata görə, hadisə Ədən körfəzindəki Cibuti limanından 72 dəniz mili cənub-şərqdə baş verib. Səlahiyyətlilər hadisənin başvermə şəraitini araşdırır.

Martın 8-də UKMTO bildirib ki, naməlum şəxslər Yəmənin liman şəhəri Ədəndən 50 dəniz mili cənub-şərqdə gəmiyə hücum ediblər.

Qəzza zolağında hərbi əməliyyatların başlanmasından sonra Yəmənin husi üsyançı hərəkatı Ənsar Allah bildirib ki, hərbi əməliyyatlar tamamlanana qədər Qırmızı dəniz və Bab əl-Məndəb boğazında İsrailə bağlı gəmilərə hücum edəcək.

Mənbə: A Haber

Seçilən
71
11
Mənbələr
Şərh ()
Bağla