AZ

Qırmızı dəniz sahillərində bir gəmiyə hücum edilib

Britaniya Gəmiçilik Təşkilatı (UKMTO) Yəmənin cənub-qərbindəki Meha şəhəri sahillərində bir gəmiyə raket zərbəsi endirildiyini açıqlayıb.
Husilər Qırmızı dənizdəki hücuma görə məsuliyyəti öz üzərinə götürüblər və ölkənin şimalındakı Sada şəhərində Amerikaya məxsus PUA-nı vurduqlarını açıqlayıblar.
Açıqlamada gəmiyə hücum edildiyi bildirilsə də, məsələ ilə bağlı ətraflı məlumat verilməyib.
Husilərin hərbi məsələlər üzrə sözçüsü Yəhya Seri verdiyi açıqlamada 
ölkənin şimalındakı Səda şəhərində Amerikaya məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib.
Yəhya Seri ''MQ-9'' tipli PUA-nın raketlə vurulduğunu qeyd edib.
Yəhya Seri Qəzza zolağındakı mühasirə və hücumlar dayanmayanadək hərbi əməliyyatları davam etdirəcəklərini deyib.
Qeyd edək ki, İranın dəstəklədiyi husilər İsrailin hücumlarına reaksiya olaraq oktyabrın 31-dən etibarən Yəmən sahillərində İsrail şirkətlərinə tabe olan ticarət gəmilərini ələ keçirir, bəzilərinə isə pilotsuz uçuş aparatları və raketlərlə hücum edir. 
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətlərini dayandırmaq qərarına gəlib.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
11
Mənbələr
Şərh ()
Bağla