AZ

Qırmızı dənizdə gəmiyə hücum olub

Yəmən sahillərində gəmiyə hücum olub.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilir ki, hadisə Yəmənin Moha şəhərindən 54 dəniz mili şimal-qərbdə baş verib.

“Gəmi kapitanlarına ehtiyatlı davranmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur”, – deyə məlumatda bildirilir.

Səlahiyyətlilər hadisənin başvermə şəraitini araşdırırlar.

Xatırladaq ki, bir neçə gün öncə “Ənsar Allah” (husilər) hərəkatının üzvləri Qırmızı dənizdə Britaniyanın “Andromeda Star” neft tankerinə raketlərlə hücum etdiklərini bildirmişdilər. Elə həmin gün ABŞ-nin dəyəri 30 milyon dollar (50 milyon manat) olan “MQ-9 Reaper” pilotsuz uçuş aparatını (PUA) vurublar.

Mənbə: A Haber

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
Mənbələr
Şərh ()
Bağla