AZ

Sürücü yanan avtomobildən son anda qurtarıldı – ANBAAN VİDEO

Qəza nəticəsində yanan avtomobildə qalan sürücü nəqliyyat vasitəsindən son anda xilas edilib. Avtosfer.az xəbər verir ki, hadisə ABŞ-da Minnesota ştatında baş verib. Bununla bağlı video sosial şəbəkədə yayımlanıb.
Kadrlarda, bir qrup insanın yanan avtomobildən sürücünü çıxarmağa çalışdığı və təhlükəsizlik dəmir arakəsmələrinin qapını açmağa mane olduğu görülür. 
Sonda həmin şəxslərdən biri avtomobilin pəncərəsini sındıraraq sürücünü alovların arasından xilas edib.
Yerli KİV-in məlumatına görə, sürücü ciddi xəsarət almayıb və o, müayinə olunmaq üçün xəstəxanaya aparılıb. 

 

Namiq Musayev

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
21
Mənbələr
Şərh ()
Bağla