AZ

Yeniyetmə faciədən son anda xilas oldu - ANBAAN VİDEO

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib, idarəetmədən çıxan minik avtomobili marketə çırpılıb.

OXU24.COM xəbər verir ki, bu barədə görüntülər obyektin müşahidə kameralarına əks olunub.

Belə ki, hadisə İmişli şəhəri Koroğlu küçəsində qeydə alınıb.

İdarəetmədən çıxan “Mercedes-Benz” markalı minik avtomobili marketə çırpılıb. Hadisədən bir neçə saniyə öncə market qarşısından keçən yeniyetmə son anda qəzadan xilas olub.

Qəza zamanı xəsarət alan olmasa da, marketin giriş hissəsi dağılıb və nəqliyyat vasitəsi zədələnib.

Həmin görüntüləri təqdim edirik:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
18
Mənbələr
Şərh ()
Bağla