- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Yunanıstanın ”Olimpiakos” klubu UEFA Gənclər Liqasının qalibi olub.
Futbolinfo.az xəbər verir ki, Pirey təmsilçisi turnirin final görüşündə İtaliyanın “Milan” kollektivini 3:0 hesabı ilə məğlub edib.
Yunanların heyətində Kristos Mouzakitis, Antonios Papakanellos və Teofanis Bakulas fərqləniblər.
Matç İsveçrənin Nyon şəhərindəki “Kolovray” stadionunda baş tutub.
Xatırladaq ki, “Olimpiakos” Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində Azərbaycan çempionu “Qəbələ” ilə qarşılaşmış və hər iki oyunda darmadağına sevinmişdi. Yunanlar təmsilçimizi səfərdə 3:0, öz meydanlarında 4:0 hesabıyla yenmişdilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.