AZ

“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

Yunanıstanın ”Olimpiakos” klubu UEFA Gənclər Liqasının qalibi olub.

 

Oxu24.com xəbər verir ki, Pirey təmsilçisi turnirin final görüşündə İtaliyanın “Milan” kollektivini 3:0 hesabı ilə məğlub edib.

 

Yunanların heyətində Kristos Mouzakitis, Antonios Papakanellos və Teofanis Bakulas fərqləniblər.

 

Matç İsveçrənin Nyon şəhərindəki “Kolovray” stadionunda baş tutub.

 

Xatırladaq ki, “Olimpiakos” Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində Azərbaycan çempionu “Qəbələ” ilə qarşılaşmış və hər iki oyunda darmadağına sevinmişdi. Yunanlar təmsilçimizi səfərdə 3:0, öz meydanlarında 4:0 hesabıyla yenmişdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
2
Mənbələr
Şərh ()
Bağla