AZ

Ülviyyə Fətəliyevadan Avropa çempionatında maksimum nəticə

Yunanıstanın ev sahibliyi etdiyi qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında 4-cü turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk 3 turda rəqiblərini məğlub etmiş Ülviyyə Fətəliyeva ardıcıl 4-cü qələbəsini qazanıb.

Hesabat turunda Fətəliyeva Polşanı təmsil edən Martina Vikarı məğlub edib. Şahmatçılarımızdan Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı da 4-cü turu qələbəylə başa vurub.

Ülviyyə Fətəliyeva – Martina Vikar (Polşa) 1:0
Alisiya Sliviçka (Polşa) – Günay Məmmədzadə 1:0
Gövhər Beydullayeva – Anastasiya Raxmanqulova (Ukrayna) 1:0
Ellen Frederisiya Nilssen (Norveç) – Xanım Balacayeva 0,5:0,5
Lilit Mkrtıçyan (Ermənistan) – Ayan Allahverdiyeva 0,5:0,5
Səbinə İbrahimova – Ann Mathadze Bujiaşvili (İspaniya) 0,5:0,5
Gülnar Məmmədova – Emiliya Dik-Sala (Avstriya) 1:0
Səbina Rzalı – Miruna-Daria Lehaçi (Rumıniya) 1:0
Ana İnes Teyşeyra da Silva (Portuqaliya) – Ləman Hacıyeva 0,5:0,5
Şlomit Vardi (İsrail) – Nərmin Abdinova 0,5:0,5

Qeyd edək ki, Avropa çempionatında 4 turdan sonra iki şahmatçı maksimum nəticə ilə ilk pillələrdə qərarlaşıb. İtkisiz irəliləyən təmsilçimiz Ülviyyə Fətəliyeva və ispaniyalı Marta Qarsiya 1-2-ci yerləri bölüşürlər. Bu gün keçiriləcək 5-ci turda Ülviyyə Fətəliyeva qara fiqurlarla məhz Martin Qarsiyaya qarşı mübarizə aparacaq.

Seçilən
24
11
Mənbələr
Şərh ()
Bağla