AZ

Rusiya sülhməramlıları hansı ölkənin ərazisində yerləşdiriləcək? – Ekspertdən AÇIQLAMA

 

“Sülhməramlıların çıxarılması Rusiyanın Cənubi Qafqazı tərk etməsi demək deyil”.

Yenicag.az xəbər verir ki, bu sözləri Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov “Hraparak”a açıqlamasında bildirib.

Rusiyalı politoloqun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada Azərbaycanın, o cümlədən Qarabağın ərazi bütövlüyünü tanıyan sənədi imzaladıqdan sonra məsələ Azərbaycanın xeyrinə həll olunub.

“Sonradan, yeni reallıqlar şəraitində sülhməramlılar Qarabağ ermənilərinin təhlükəsiz çıxarılmasını təmin etmək üçün hər şeyi etdilər. Bununla da, sülhməramlılar yaranmış vəziyyətdə öz missiyasını yerinə yetiriblər. Sülhməramlılarla bağlı problem isə başqadır. Çünki onlar heç vaxt mandat və ya status almayıblar”, – deyə ekspert bildirib.

“Əvvəllər Moskva 2020-ci il 10 noyabr razılaşması çərçivəsində sülhməramlıların statusunun və mandatının olmasını nəzərdə tuturdu, lakin İrəvan və Bakı bundan imtina etmişdi. Amma sentyabr hadisələri başlayanda İrəvan sülhməramlıların səlahiyyətindən kənar tələblər irəli sürməyə başladı. Problem budur. İndi əhali Qarabağdan gedibsə, sülhməramlılar 2025-ci ilə kimi kimləri qorumalıdır? Siçan-siçovulları? Təbii ki, sentyabrdan sonra sülhməramlıların olmasının faydası itirildi və tərəflər həmin qüvvələrin çıxarılmasını təmin etmək qərarına gəldilər”, – Stanislav Tarasov deyir.

Rusiyalı ekspert vəziyyətin məsuliyyətini rəsmi İrəvan və Paşinyanın siyasəti ilə bağlayıb.
“Əvvəllər Ermənistan hökuməti Rusiyanın Qarabağdakı sülhməramlılarına ümid edərək, belə demək mümkünsə, “Qarabağ oyunu”nu oynamağa çalışırdı. Onlar istəyirdilər ki, Rusiya sülhməramlıları BMT sülhməramlıları ilə əvəzlənsin, lakin həyatın göstərdiyi kimi, bu, baş vermədi. Ermənistan mandatla bağlı sənədi imzalamamaqla Rusiyanı tənqid etdi, sülhməramlıları diskvalifikasiya etməyə çalışdı. İndi isə onlar gedirlər. Yadınıza salın, Putin neçə dəfə sülhməramlıların statusu məsələsini qaldırdı, 10 noyabr sənədində onların yerləşdirilməsi nəzərdə tutulurdu, biz onlara sülhməramlılar deyirdik, lakin onların statusu yox idi. Daha sonra Qarabağdakı cəbhə xəttində insidentlər oldu və nəticədə sülhməramlılar günahlandırıldı. Lakin həmin missiya üçün aydın səlahiyyətlər, sərhədlər çəkilməli, bu və ya digər vəziyyətdə onların addımları necə olmalıdırsa, bunlar təsdiqlənməli idi. Amma tərəflər bunu etmədilər”, – rusiyalı ekspert izah edir.
Erməni nəşrinin iddiasına görə, Tarasovun bu şərhindən belə çıxır ki, Ermənistan hökumətinin Qarabağdan imtina etməsi şəraitində Rusiyanın heç bir işi qalmayıb.

“Həmçinin Praqa görüşündən sonra rəsmi Bakı daha da ucadan bəyan etdi ki, Qarabağ onun ərazisidir və sülhməramlıların orada mövcudluğu müvəqqətidir.
Rusiyalı ekspert təəccüblənir ki, Ermənistandakı Qarabağ erməniləri niyə kiminsə onlar üçün nə isə etməli olduğunu düşünürlər? Onun fikrincə, heç kim onlar üçün heç nə etməyəcək.

“Ermənistan özü Qarabağın “müstəqilliyini” tanımaqdan imtina etdi, bəli, sadəcə, imtina etdi. Ermənistan Rusiyanın bunu etməsini gözləyirdimi? Paşinyan işin 90 faizini yerinə yetirib. İndi isə hadisələr olduğu kimi gedir, ona görə də vəziyytəti olduğu kimi qiymətləndirməliyik”, erməni nəşri yazır.

Rafi Müslümov

Seçilən
141
8
Mənbələr
Şərh ()
Bağla