AZ

Blinken: "ABŞ İsrailin Rəfah əməliyyatını dəstəkləyə bilməz"

İsrailin Rəfah şəhərində həyata keçirməyi planlaşdırdığı böyük hərbi əməliyyat şəhərdə çoxlu sayda mülki əhalinin olması səbəbindən ciddi nəticələrə səbəb ola bilər. Hazırda şəhərdə 1,4 milyon insan var, onların çoxu Qəzza zolağının qalan hissəsindən didərgin düşüb. Buna görə də Birləşmiş Ştatlar İsrailin əməliyyat keçirmək planlarını dəstəkləyə bilməz.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken açıqlama verib.

"Hazırda Rəfahda təxminən 1,4 milyon insan var, onların çoxu Qəzza zolağının digər ərazilərindən didərgin düşüb... İnsanların çıxarılması planı lazım olan ən vacib vəzifədir", deyə Blinken bildirib.

Blinken əlavə edib ki, İsrailin Qəzzadakı məqsədlərinə Rəfah əməliyyatı olmadan da nail olmaq olar.

Onun sözlərinə görə, ABŞ hökuməti müstəqil Fələstin dövlətinin yaradılmasına sadiqdir. Bununla belə, İsrail üçün təhlükəsizlik təminatlarının təmin edilməsi zəruridir: "Bunun vaxtı hələ çatmayıb, çünki indi regionda vəziyyəti yaxşılaşdırmaq lazımdır".

"The New Arab" qəzetinin mənbəsinin verdiyi məlumata görə, ABŞ prezident administrasiyası bundan əvvəl İsrailin Rəfah əməliyyatını tərk etməsini tələb etmişdi. Qəzetin mənbəsi bunun müqabilində İsrailin İrana hücum etməyəcəyinə söz verdiyini iddia edir.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22887
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14403
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13320
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11322
Helikopterin qalıqları tapılıb
8756
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7919
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6927
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6648
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5135
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4545
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4067
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3772
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3473
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2062
Azərbaycan nefti ucuzlaşdı
1607
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1590
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1347
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1337