AZ

Blinken Netanyahudan Qəzzaya daimi yardım göstərməyi tələb edib

Entoni Blinken və Benyamin Netanyahu arasında görüş İsraildə baş tutub...ABŞ dövlət katibi Entoni Blinken İsraildə baş nazir Binyamin Netanyahu ilə görüşüb. Amerika rəsmisi İsrailin Qəzza zolağına yardımını artırmaqda israr edib..Poliqon xəbər verir ki. bu barədə Reuters Agentliyi məlumat yayıb. Agentlik yazır ki, Netanyahu ilə Qüdsdə təxminən iki saat yarım davam edən görüşdə Blinken yardımın çatdırılmasında irəliləyişin olduğunu qeyd etdi və bu inkişafın sürətləndirilməsi və saxlanmasının vacibliyini vurğulayıb. Blinken həmçinin bir çox Qərb ölkələrində qadağan olunmuş Fələstin islamçı qruplaşması HƏMAS-ın “atəşkəs yolunda dayandığı”nı da bildirib.Amerikalı diplomat həmçinin HƏMAS-ı Misir vasitəçilərinin təklif etdiyi “son dərəcə səxavətli” atəşkəs razılaşmasını qəbul etməyə çağırıb. Buna əsasən, daha çox fələstinli məhbus müqabilində 33 girov azad ediləcək və Qəzza zolağında müvəqqəti atəşkəs yaradılacaq.HƏMAS-ın sözçüsü Sami Əbu Zuhri cavabında isə bildirib ki, Blinkenin şərhləri reallıqla uzlaşmır..İsrail Amerikanın baş diplomatının Yaxın Şərq turunun son dayanacağıdır. Bu, onun oktyabrın 7-dən bəri regiona yeddinci səfəridir. ABŞ İsrailin əsas diplomatik dəstəkçisi və silah tədarükçüsüdür.Blinkenin Netanyahu ilə yardımla bağlı görüşü ABŞ prezidenti Co Baydenin İsrailin mülki əhalinin zərərini aradan qaldırmaq üçün addımlar atmayacağı təqdirdə Vaşinqtonun siyasətinin dəyişə biləcəyi ilə bağlı kəskin xəbərdarlıq etməsindən təxminən bir ay sonra olub.Son həftələr Ağ Ev bir milyondan çox fələstinli mülki vətəndaşın toplaşdığı Rəfahda quru əməliyyatı keçirmək planlarına görə İsraili getdikcə daha çox tənqid edir. Aprelin 30-da Dövlət Departamenti bildirmişdi ki, Təl-Əviv hələ də Vaşinqtona Rəfah sakinlərinin müdafiəsi planını təqdim etməyib.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
19
poliqon.az

10Mənbələr