AZ

"Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununun 4.7-ci maddəsinin, həmçinin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 7-ci maddəsinin müddəalarına görə reklamda dövlət dilinin tələblərinə riayət edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında ADRA-nın mətbuat katibi Hüseyn Azəri deyib.

O bildirib ki, reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində dövlət dili ilə yanaşı digər dillərdən də istifadə oluna bilər: "Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir. Həmçinin, qanunvericiliyə əsasən sahibkarların bazarda özlərini istehlakçıya öz adları ilə tanıtmaq hüququ vardır ki, xarici dildə ada malik olan (belə adla müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış) ticarət və xidmət obyektləri həmin hüquqlarından istifadə edirlər.

2024-cü ilin birinci rübündə ADRA tərəfindən aparılmış monitorinqlər nəticəsində yayımı dayandırılan 1469 reklamın 20%-də dil normalarının (296) pozulması faktı aşkarlanmışdır.

Qanunvericiliyə əsasən sahibkarlar açıq məkanda reklam yerləşdirməzdən əvvəl Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən (ADRA) icazə almalıdırlar. Monitorinqlər göstərir ki, açıq məkanda icazə sənədləri olmadan yayımlanan reklamlar bəzi hallarda təhlükəsiz istismar üçün yararlı olmur, yerləşdiyi ərazinin estetik görünüşünə xələl gətirir, müşahidə kameraları üçün məhdudiyyətlər, yol hərəkəti iştirakçıları üçün isə təhlükə yaradır, eyni zamanda dil normalarının pozulmasına gətirib çıxarır. Açıq məkanda icazə sənədi olmadan yayımlanan reklamlar müəyyən edildikdə, əvvəlcə həmin reklam yayıcılarının maarifləndirilməsi təmin edilir, sahibkarlara qanunvericiliyin tələbləri izah olunur, mövcud problemlərin aradan qaldırılması tövsiyə edilir. Buna əməl edilmədikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür. Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur".

Müəllif: Söylü Ağazadə
Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21634
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19410
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18315
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17767
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17138
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16996
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16196
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15610
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12122
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11299
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9654
"Zaur, yenə çaşdın..." - VİDEO
8888
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8604
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8059
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7611
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7236
Minimum əmək haqqı nə qədər arta bilər?
7118
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6452
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5807