AZ

"Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikasının “Reklam haqqında” Qanununun 4.7-ci maddəsinin, həmçinin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 7-ci maddəsinin müddəalarına görə reklamda dövlət dilinin tələblərinə riayət edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında ADRA-nın mətbuat katibi Hüseyn Azəri deyib. O bildirib ki, reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində dövlət dili ilə yanaşı digər dillərdən də istifadə oluna bilər: "Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir. Həmçinin, qanunvericiliyə əsasən sahibkarların bazarda özlərini istehlakçıya öz adları ilə tanıtmaq hüququ vardır ki, xarici dildə ada malik olan (belə adla müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış) ticarət və xidmət obyektləri həmin hüquqlarından istifadə edirlər.2024-cü ilin birinci rübündə ADRA tərəfindən aparılmış monitorinqlər nəticəsində yayımı dayandırılan 1469 reklamın 20%-də dil normalarının (296) pozulması faktı aşkarlanmışdır.Qanunvericiliyə əsasən sahibkarlar açıq məkanda reklam yerləşdirməzdən əvvəl Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindən (ADRA) icazə almalıdırlar. Monitorinqlər göstərir ki, açıq məkanda icazə sənədləri olmadan yayımlanan reklamlar bəzi hallarda təhlükəsiz istismar üçün yararlı olmur, yerləşdiyi ərazinin estetik görünüşünə xələl gətirir, müşahidə kameraları üçün məhdudiyyətlər, yol hərəkəti iştirakçıları üçün isə təhlükə yaradır, eyni zamanda dil normalarının pozulmasına gətirib çıxarır. Açıq məkanda icazə sənədi olmadan yayımlanan reklamlar müəyyən edildikdə, əvvəlcə həmin reklam yayıcılarının maarifləndirilməsi təmin edilir, sahibkarlara qanunvericiliyin tələbləri izah olunur, mövcud problemlərin aradan qaldırılması tövsiyə edilir. Buna əməl edilmədikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür. Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur".Müəllif: Söylü Ağazadə

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1004
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
648
Sabah 5 kəndin qazı kəsiləcək
491
Bu yol qovşağında təmir işləri aparılacaq
430
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
409
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
257
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
249
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
237
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
209
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
204
Çingiz Mustafayevin toyudur - FOTOLAR
165
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
153
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
147
Bakıda 9 otaqlı evdə yanğın baş verib
136
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
109
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
103
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
72
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
70
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
65
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
58