AZ

Komitə sədri: “Hesablama Palatası 2 dəfədən artıq audit keçirmiş obyektlərin 70 %-də maliyyə intizamı nisbətən güclənib”

Hesablama Palatası tərəfindən 2 və daha çox sayda audit keçirilmiş obyektlərin 69,6 %-də maliyyə intizamının nisbətən güclənməsi qeydə alınıb.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bugünkü iclasında Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

"Bu göstəricidən çıxış etsək, nəzarət tədbirlərini həm maliyyə, həm də fəaliyyət baxımından əhatə dairəsinin davamlı olaraq genişlənməsi vacib hesab edilə bilər. Səmərəlilik auditinin fəaliyyət üzrə əhatə dairəsinin genişlənməsi bir çox maliyyə pozuntularının səbəblərinin erkən aradan qaldırılması üçün faydalıdır. Audit sahəsində aparılan araşdırmalar da göstərir ki, nöqsan və çatışmamazlıqların erkən müəyyən edilməsi dəyən zərərin əhəmiyyətli hissəsinin qarşısının alınmasına imkan yarada bilir və bu daha səmərəli fəaliyyətdir”, - deyə T. Mirkişili qeyd edib.

Deputat bildirib ki, nəzarət tədbirlərinin planlaşdırılmasında Milli Məclis deputatlarının çıxışlarının da nəzərə alınması, nəzarət tədbirlərinin əsasən icra edilməsi və bu barədə audit nəticələrinin Milli Məclisə təqdim edilməsi və dərc edilməsi yaxşı nəticə hesab edilir.

Onun sözlərinə görə, maliyyə auditinin əhatə dairəsinin 8,6 milyard manata, uyğunluq auditinin əhatə dairəsinin isə 5,8 milyard manata yüksəlməsi müsbət haldır.

Seçilən
51
35
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19841
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19088
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18132
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17470
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16103
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15940
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15867
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15199
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11720
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11198
"Zaur, yenə çaşdın..." - VİDEO
8786
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7880
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7623
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7543
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7323
Minimum əmək haqqı nə qədər arta bilər?
7003
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6843
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6075
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696