AZ

Hesablama Palatası ötən il audit nəticəsində aşkarlanmış nöqsanların həcmini açıqlayıb

Hesablama Palatasının audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsinin idarəedilməsində ümumi nöqsan məbləği 1 milyard 971,9 milyon manat müəyyən edilib.
İndex.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
O ümumi nöqsan məbləğini bir neçə qrupda təsnifləşdirib.
İlk qrup büdcə zərərdir. Hesablama Palatasının Kollegiyası tərəfindən büdcəyə zərərin 103,2 milyon manat olduğu hesablanıb. Bu məbləğ – artıq və əsassız xərclər, görülməmiş iş və xidmətlər, alınmamış mallar, hesablanmamış və ödənilməmiş vergilər, ilkin təsdiqedici xərc sənədlərinin saxtalaşdırılması, dövlət satınalmalarındakı müxtəlif xarakterli qanunsuzluqlar və büdcə vəsaitlərinin düzgün idarəedilməməsidən ibarətdir.
“Nəzarət tədbirləri ilə büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları da qeydə alınıb ki, bu pozuntuların məbləği 459,3 milyon manata bərabər olub. Bu məbləğə VBT-yə əməl olunmaması, satınalma prosedurlarının tətbiq edilməməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha əldə edilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması, ilin sonunda qalığın büdcəyə silinməməsi və s. pozuntular aid edilib”, – V. Gülməmmədov vurğulayıb.
Növbəti qrup maliyyə hesabatlarındakı təhriflərlə bağlıdır ki, bu da 1 milyard 252,5 milyon manat həcmindədir.
Sonuncu qrupa səmərəsiz xərcləri aid edilib. “Hazırda ölkə qanunvericiliyində bu anlayışa rast gəlinmir. Biz beynəlxalq təcrübəyə istinad etməklə səmərəsiz xərcləri hesablamağa çalışmışıq. Başa çatdırılmış auditlərlə əhatə olunan qurumlar tərəfindən ümumilikdə 156,8 milyon manat məbləğində səmərəsiz xərclərə yol verildiyi müəyyən edilib. Bu, qurumun fəaliyyətinin nəticəsi, iqtisadi qənaətliliyi və vəsaitlərin effektiv idarəedilməsi ilə bağlıdır”, – Palatanın rəhbəri qeyd edib.

Seçilən
156
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19924
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19108
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18136
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17480
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16180
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15952
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15928
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15219
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11729
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11215
"Zaur, yenə çaşdın..." - VİDEO
8790
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7898
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7758
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7599
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7332
Minimum əmək haqqı nə qədər arta bilər?
7007
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6843
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6107
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696