AZ

Əli Kərimli etdiyi qələtə görə nəyə görə üzr istəmək üçün mitinq planlaşdırmır? - Deputat

“Əli Kərimli etdiyi qələtə görə nəyə görə üzr istəmək üçün mitinq planlaşdırmır. Söhbət Fransanın Bakıdakı səfirini geri çağırmasından və bizdəki antimilli ünsürlərin mitinq hazırlığından gedir.  Əlbəttə, ilk baxışda belə görünə bilər ki, Azərbaycanın onun yeritdiyi neokolonializm siyasəti və digər bəd əməllərinin ifşasından qıcıqlanan Fransa dözümsüzlük göstərərək belə bir cılızlığa yol verir”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun fikrincə, Fransanın buradakı səfirini geri çağırmasının arxasında qərbdəki regionda bölücü xətlər çəkmək, dayanıqlı qarşıdurma plasdarmı yaratmaq yönündə kompleks addımlar atmağı planlaşladıranlara pionerlik etmək gizlənir. 

“Aprelin 5-də Brüsseldə keçirilən üçlü görüşdəki - üzərindən artıq sirr pərdəsi götürülən gizli sövdələşmə də bunu təsdiqləmirmi?
O planı hazırlayanlar istədiklərini asan reallaşdırsınlar deyə, bizdəki muzdlu nökərlərindən də faydalanmağa çalışırlar ki, mitinq ideyası da ona görə ortaya atılıb. “Milli Şura"dakılara mitinq keçirməyi tapşıranlar Azərbaycanda icitimai-siyasi sabitliyə  mümkün qədər zərbə vurmaq və dövlətimizə təzyiq üçün əlavə fakt  toplamaq niyyəti güdürlər”, - deputat qeyd edib.

O əlavə edib ki, müzəffər Ali Baş Komdandanımızı Azərbaycanı Rusiyanın müstəmləkəsinə çevirməkdə suçlandıran,  sözügedən ölkənin Qarabağdakı hərbi kontingentinin buradan heç vaxt çıxmayacağını bildirən Əli Kərimli və yandaşları hər halda etdikləri qələtə görə üzr istəmək üçün mitinq planlaşdırmırlar: “İtinə “Qızıl” adı qoymaqla varlı görünməyə çalışan kasıbın məntiqilə çıxış edərək yığnaqlarını “Milli Şura” adlandıran antimilli  ünsürləri yaxşı tanıdığımdan tam əminliklə deyirəm ki, onlar məhz zəfərimizlə barışmayanların diktəsi ilə onu gözdən salmağa çalışdıqlarını etirafdansa, həmən güclərin qanadı altında "miatsum"çuların  Qarabağa gətirilmələri tələbini daha həvəslə səsləndirə bilərlər.
Bildirmək istəyirəm ki, Qarabağda “miatsum”çuların kökünün kəsilməsi “Dəmir Yumruğun”,  Rusiya hərbi kontingentinin Azərbaycanı vaxtından əvvəl tərk etməsi isə “Dəmir İradə”nin xidmətidir. O iradənin yiyəsinə, uzun əsrlər “parçala hökm sür” siyasətinin yeridildiyi Qafqazda dayanıqlı sülh qurucusuna - cənab İlham Əliyevə eşq olsun!”

Mürtəza
Ölkə.Az

Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21388
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19361
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18294
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17701
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16962
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16791
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16113
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15561
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12058
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11286
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9408
"Zaur, yenə çaşdın..." - VİDEO
8880
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8475
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8021
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7562
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7192
Minimum əmək haqqı nə qədər arta bilər?
7108
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6399
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5785