AZ

“Milli" Şuradakılara mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyirlər - Sahib Alıyev

“Fransa Bakıdakı səfirini geri çağırır, antimilli ünsürlər mitinqə hazırlaşır. İlk baxışda belə görünə bilər ki, Azərbaycanın onun yeritdiyi neokolonializm siyasətini və digər bəd əməllərini ifşasından qıcıqlanan Fransa dözümsüzlük göstərərək belə bir cılızlığa yol verir. Ancaq Fransanın buradakı səfirini geri çağırmasının arxasında bizim regionda bölücü xətlər çəkmək, dayanıqlı qarşıdurma plasdarmı yaratmaq yönündə kompleks addımlar atmağı planlaşladıranlara pionerlik etmək gizlənir”. Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev bildirib.
Deputat hesab edir ki, aprelin beşində Brüsseldə keçirilən üçlü görüşdəki üzərindən artıq sirr pərdəsi götürülən gizli sövdələşmə bunu təsdiqləyir.
S.Alıyev bildirib ki, o planı hazırlayanlar istədiklərini asan reallaşdırsınlar deyə bizdəki muzdlu nökərlərindən də faydalanmağa çalışırlar. Mitinq ideyası da ona görə ortaya atılıb.
“Milli" Şuradakılara mitinq keçirməyi tapşıranlar Azərbaycanda icitimai-siyasi sabitliyə mümkün qədər zərbə vurmaq və dövlətimizə təzyiq üçün əlavə fakt toplamaq niyyəti güdürlər.
Muzəffər Ali Baş Komdandanımızı Azərbaycanı Rusiyanın müstəmləkəsinə çevirməkdə suçlayan, sözügedən ölkənin Qarabağdakı hərbi kontingentinin buradan heç vaxt çıxmayacağını bildirən Əli Kərimli və yandaşları hər halda etdikləri qələtə görə üzr istəmək üçün mitinq planlaşdırmırlar. İtinə “Qızıl” adı qoymaqla varlı görünməyə çalışan kasıbın məntiqilə çıxış edərək yığnaqlarnı “Milli Şura” adlandıran antimilli ünsürləri yaxşı tanıdığımdan tam əminliklə deyirəm ki, onlar məhz zəfərimizlə barışmayanların diqtəsi ilə onu gözdən salmağa çalışdıqlarını etirafdansa, həmən güclərin qanadı altında "miatsum"çuların Qarabağa gətirilmələri tələbini daha həvəslə səsləndirə bilərlər”.
Deputat bildirib ki, Qarabağda “miatsum”çuların kökünün kəsilməsi “Dəmir Yumruğun”, Rusiya hərbi kontingentinin Azərbaycanı vaxtından əvvəl tərk etməsi isə “Dəmir İradə”nin xidmətidir.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
732
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
457
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
352
Bu yol qovşağında təmir işləri aparılacaq
284
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
203
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
180
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
172
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
165
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
133
Çingiz Mustafayevin toyudur - FOTOLAR
120
Bakıda 9 otaqlı evdə yanğın baş verib
120
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
113
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
95
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
86
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
77
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
70
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
64
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
41
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
36
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
35