AZ

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir+Yenilənib

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti tapılıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılıb.

Amma atası ilə birlikdə batan 6 yaşlı Səma Süleymanlının axtarışları davam edir.

Xatırladaq ki, Zərdab rayonu Qoruqbağı kənd sakini Vaqif Süleymanov ailəsi ilə istirahət edirmiş. Bu zaman 6 yaşlı qızı Səma Kürə düşüb, atası isə onu xilas etmək istəyərkən boğulub.

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
27
Mənbələr
Şərh ()
Bağla