AZ

Kürdə batan kişinin meyiti tapılıb, azyaşlı qızının axtarışları davam edir - VİDEO - YENİLƏNİB

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

APA-ya bu barədə FHN-dən bildirilib.

Qeyd edilib ki, 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

***
13.04.2024
15:44

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

FHN-dən APA-ya verilən xəbərə görə, hazırda vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə Nazirliyin Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən intensiv şəkildə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
93
50
Mənbələr
Şərh ()
Bağla