AZ

Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ

Orta qlobal temperatur yazın sonuna qədər çox yüksək qalacaq.  
 
Bu proqnozu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand alimlərin fikirlərinə istinadən səsləndirib.
 
Onun fikrincə, “El Nino” iqlim fenomeni bitdikdən sonra da ətalət öz təsirini göstərəcək.
 
Belə hava şəraiti bu aylar üçün uyğundurmu? Yaz aylarında ciddi şəkildə istilərin olması hansı fəsadları ola bilər?
 
AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.
 
“Hələ ki, ölkə ərazisində ciddi istilər müşahidə olunmur. Hazırda yaz aylarıan xas hava şəraiti hökm sürür. Günorta saatlarında müşahidə olunan isti, mülayim hava axşama doğru soyuqlaşır. Yaxın günlərdə də maksimum istilik 20-22 dərəcə gözlənilir. Bu istilik də nə təsərrüfata, nə də digər amillərə ciddi təsirini göstərə bilməz. Çünki yer, torpaq hələ ki qızmayıb, torpağın alt qatına istilik keçməyib. Torpaq qızmayanda havalar gecə sərin, gündüz isə isti formasında keçir. Bu da qorxulu deyil, fəsadı ola bilməz. Təsərrüfata gəldikdə isə, növbəti bir həftə on gün ərzində hələ ki torpaqda nəmlik var. Əgər bu bir həftə on gün ərzində fasiləsiz olaraq 25-27 dərəcə isti olarsa, bu zaman birillik adlanan, yəni kök kütləsi üst qatda olan taxılkimilərə zərər dəyə bilər”.
 
Ənvər Əliyev bildirib ki, qarşıdan gələn istilərin təsərrüfat sistemi üçün də ciddi qorxusu olduğunu düşünmür.
 
“Məsələ burasındadır ki, təsərrüfat sistemində suvarmanın yeni üsullarına təcili şəkildə keçilməlidir. Biz suyu heç vaxt artıra bilmərik, bu Allahın əlindədir. Buna görə də sudan istifadəni problem yaratmayacaq şəkildə planlamalıyıq. Su qıtlığı məsələsi planetar məsələdir, təkcə bizim problemimiz deyil”.
 
Seçilən
1656
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21197
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19337
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18273
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17679
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16892
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16703
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16104
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15528
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12016
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11273
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9206
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8377
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8007
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7540
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7174
Minimum əmək haqqı nə qədər arta bilər?
7094
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6378
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5772