AZ

DİQQƏT! Ciddi istilər yaxınlaşır - AÇIQLAMA

Orta qlobal temperatur yazın sonuna qədər çox yüksək qalacaq.

Bu proqnozu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand alimlərin fikirlərinə istinadən səsləndirib.

Onun fikrincə, “El Nino” iqlim fenomeni bitdikdən sonra da ətalət öz təsirini göstərəcək.

Belə hava şəraiti bu aylar üçün uyğundurmu? Yaz aylarında ciddi şəkildə istilərin olması hansı fəsadları ola bilər?

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.

“Hələ ki, ölkə ərazisində ciddi istilər müşahidə olunmur. Hazırda yaz aylarıan xas hava şəraiti hökm sürür. Günorta saatlarında müşahidə olunan isti, mülayim hava axşama doğru soyuqlaşır. Yaxın günlərdə də maksimum istilik 20-22 dərəcə gözlənilir. Bu istilik də nə təsərrüfata, nə də digər amillərə ciddi təsirini göstərə bilməz. Çünki yer, torpaq hələ ki qızmayıb, torpağın alt qatına istilik keçməyib. Torpaq qızmayanda havalar gecə sərin, gündüz isə isti formasında keçir. Bu da qorxulu deyil, fəsadı ola bilməz. Təsərrüfata gəldikdə isə, növbəti bir həftə on gün ərzində hələ ki torpaqda nəmlik var. Əgər bu bir həftə on gün ərzində fasiləsiz olaraq 25-27 dərəcə isti olarsa, bu zaman birillik adlanan, yəni kök kütləsi üst qatda olan taxılkimilərə zərər dəyə bilər".

Ənvər Əliyev bildirib ki, qarşıdan gələn istilərin təsərrüfat sistemi üçün də ciddi qorxusu olduğunu düşünmür.

"Məsələ burasındadır ki, təsərrüfat sistemində suvarmanın yeni üsullarına təcili şəkildə keçilməlidir. Biz suyu heç vaxt artıra bilmərik, bu Allahın əlindədir. Buna görə də sudan istifadəni problem yaratmayacaq şəkildə planlamalıyıq. Su qıtlığı məsələsi planetar məsələdir, təkcə bizim problemimiz deyil".

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
859
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
583
Bu yol qovşağında təmir işləri aparılacaq
382
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
366
Sabah 5 kəndin qazı kəsiləcək
297
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
223
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
217
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
208
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
154
Çingiz Mustafayevin toyudur - FOTOLAR
143
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
131
Bakıda 9 otaqlı evdə yanğın baş verib
121
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
119
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
94
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
90
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
65
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
53
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
44