AZ

İsrailə qarşı əməliyyat başa çatıb - Səfir

İran tərəfi İsrailə qarşı cavab əməliyyatını başa çatmış hesab edir, lakin İsrail və onun Qərb tərəfdaşlarının Tehrana qarşı fəaliyyətini davam etdirəcəyi təqdirdə daha böyük vasitə və qüvvələrlə cavab verməyə hazırdır.

"Unikal" xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali İslam Respublikasının Ordu Günü münasibətilə keçirilən ziyafətdə deyib.

“Biz hesab edirik ki,  əməliyyat başa çatıb, lakin İsrail rejimi və onun qərbli silahdaşları yenidən bizə qarşı hərəkətə keçmək qərarına gəlsələr, təbii ki, biz daha ciddi vasitə və qüvvələrlə cavab verəcəyik”, - İran səfiri qeyd edib.

Seçilən
52
20
Mənbələr
Şərh ()
Bağla