AZ

"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu

Livanın "Hizbullah" şiə hərəkatı İsrailin Livanla sərhədində İsrail ordusunun mövqelərinə artilleriya zərbələri endirib.

Publika.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatında deyilir.

"Qəzza zolağında dözümlü Fələstin xalqımıza dəstək olaraq... İsrail düşmən qüvvələrinin sərhəddə geniş kəşfiyyat və hərəkətlərini izlədikdən sonra İslam Müqaviməti Əl-Malikiyyə (Livanla sərhəddəki tərk edilmiş Fələstin kəndi) mövqeyində onların hərbçilərinə dəqiq artilleriya zərbələri endirib" - bəyanatda deyilir.

İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və "Hizbullah" hər gün sərhəddə yerləşən ərazilərdə bir-birinin mövqelərini atəşə tutur.

Seçilən
128
50
Mənbələr
Şərh ()
Bağla