AZ

“Hizbullah” İsrailin hərbi obyektlərini atəşə tutdu

“Hizbullah” döyüşçüləri Qərbi Qalileydə “Burkan” raketlərindən istifadə edərək İsrail hərbi obyektlərini atəşə tutublar.

Bizim.Media xəbər verir ki, bu barədə qruplaşmanın teleqram kanalında məlumat yayılıb.

Bildirilib ki, hücumda “Cel əl-Aləm” yüksəkliyindəki radiolokasiya, həmçinin bir sıra yaşayış müşahidə məntəqələri, eləcə də kazarmalar hədəfə alınıb.

Qeyd olunub ki, bu əməliyyatlar İsrailin Livanın Ait əl-Şaab, Blida, Kfar-Killa və Teir-Harf kəndlərinə hücumlarına cavab olaraq həyata keçirib.

Bizim.Media

Seçilən
198
6
Mənbələr
Şərh ()
Bağla