AZ

Səfir: Ermənistan məhkəmədə ictimai dinləmələrdə saxta faktlardan sübut kimi istifadə edir

Ermənistan tərəfindən irəli sürülən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı ilkin ictimai dinləmələr zamanı İrəvan dəfələrlə təsdiq olunmamış məlumatlardan və yanlış şərhlərdən sübut kimi istifadə edib.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın Ermənistanın iddiası ilə tətbiqinə dair Haaqa Beynəlxalq Məhkəməsində etirazların ikinci raundunda dinləmələr zamanı deyib.

“Ötən gün Ermənistanın dəfələrlə yanlış tərcümə və sübutların təfsirindən istifadə etməsi Azərbaycanı hiddətləndirib. Bununla bu ölkə hesab edib ki, onun bəyanatlarının müvafiq hissələri İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın əhatə dairəsinə düşə bilər”, - o, Ermənistan nümayəndələrinin Azərbaycan Silahlı Qüvvələri ilə bağlı saxta məlumatlarına münasibət bildirərkən deyib.

R.Mustafayev vurğulayıb ki, Ermənistan tərəfinin bu bəyanatlarına irqçi ifadələrin işlədilməsinə dair real sübutu əsaslanmayan fikirlər daxil idi.

O əlavə edib ki, onlar Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını təhrif ediblər:

“Məhkəməni əmin edə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələrində heç vaxt belə şevronlardan istifadə edilməyib və ya belə simvollar nümayiş etdirilməyib. Ermənistan tərəfinin vəkilinin bu dinləmələrdə diqqət çəkdiyi bu sübut növbəti saxtakarlıqdır”.

R.Mustafayev qeyd edib ki, Ermənistan tərəfinin aprelin 16-da keçirilən dinləmələrdə təqdim etdikləri arqumentlərdəki sübut bazası etibarsız məlumatlara əsaslanıb və Azərbaycanın konkret ilkin etirazları ilə heç bir əlaqəsi olmayan bəyanatlar verilib.

Seçilən
98
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
351
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
236
Bu yol qovşağında təmir işləri aparılacaq
165
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
165
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
90
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
84
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
84
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
77
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
68
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
67
Bakıda 9 otaqlı evdə yanğın baş verib
64
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
57
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
55
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
51
Çingiz Mustafayevin toyudur - FOTOLAR
51
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
33
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
32
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
31
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
27
Kirayə evə görə vergini kim ödəməlidir?
27