AZ

Ermənistan məhkəmədə ictimai dinləmələrdə saxta faktlardan sübut kimi istifadə edir-Səfir

Ermənistan tərəfindən irəli sürülən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı ilkin ictimai dinləmələr zamanı İrəvan dəfələrlə təsdiq olunmamış məlumatlardan və yanlış şərhlərdən sübut kimi istifadə edib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın Ermənistanın iddiası ilə tətbiqinə dair Haaqa Beynəlxalq Məhkəməsində etirazların ikinci raundunda dinləmələr zamanı deyib.

“Ötən gün Ermənistanın dəfələrlə yanlış tərcümə və sübutların təfsirindən istifadə etməsi Azərbaycanı hiddətləndirib. Bununla bu ölkə hesab edib ki, onun bəyanatlarının müvafiq hissələri İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın əhatə dairəsinə düşə bilər”, - o, Ermənistan nümayəndələrinin Azərbaycan Silahlı Qüvvələri ilə bağlı saxta məlumatlarına münasibət bildirərkən deyib.

R.Mustafayev vurğulayıb ki, Ermənistan tərəfinin bu bəyanatlarına irqçi ifadələrin işlədilməsinə dair real sübutu əsaslanmayan fikirlər daxil idi.

O əlavə edib ki, onlar Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını təhrif ediblər:

“Məhkəməni əmin edə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələrində heç vaxt belə şevronlardan istifadə edilməyib və ya belə simvollar nümayiş etdirilməyib. Ermənistan tərəfinin vəkilinin bu dinləmələrdə diqqət çəkdiyi bu sübut növbəti saxtakarlıqdır”.

R.Mustafayev qeyd edib ki, Ermənistan tərəfinin aprelin 16-da keçirilən dinləmələrdə təqdim etdikləri arqumentlərdəki sübut bazası etibarsız məlumatlara əsaslanıb və Azərbaycanın konkret ilkin etirazları ilə heç bir əlaqəsi olmayan bəyanatlar verilib.

Seçilən
74
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1465
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
1056
Bu yol qovşağında təmir işləri aparılacaq
684
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
443
Bakıda 9 otaqlı evdə yanğın baş verib
429
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
406
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
378
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
345
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
328
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
309
Çingiz Mustafayevin toyudur - FOTOLAR
269
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
265
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
244
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
202
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
194
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
158
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
107
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
104