AZ

Moskvadan atasının dəfninə gələn fəalın yas mərasimindən maskalıların apardığı bildirilir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Yaxınları Elşən Kərimovun işgəncə altında olmasından narahatdırlar

Moskvada yaşayan azərbaycanlı ictimai fəal, bu günlərdə atasının dəfnində iştirak üçün ölkəyə gələn Elşən Kərimovun saxlandığı bildirilir.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Elşən Kərimovu Yevlaxın Rüstəmli kəndində atasının yas mərasimindən mülki geyimli, maskalı şəxslər aparıblar.

Onların sözlərinə görə, hadisə aprelin 17-də baş verib:

"Heç hara aparıldığı barədə də bizə heç bir məlumat vermirlər. Bakıya gətiriblər, amma bilmirik ki, konkret hara. Ya "Bandotdel” olacaq, ya da DTX. Hər yeri axtarmışıq, heç bir məlumat yoxdur. Onun işgəncə altında olmasından çox narahatıq”.

Yaxınları vurğulayıb ki, Elşən Kərimovun saxlanması üçün heç bir səbəb yoxdur.

Bu üzdən onun ictimai fəaliyyətinə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı və siyasi məhbus ailələrinə dəstək olduğuna görə cəzalandırıldığını ehtimal edirlər.

1975-ci il təvəllüdlü Elşən Kərimov uzun müddətdir ki, Moskvada yaşayır. Orada kiçik ticarətlə məşğul olan ictimai fəalın Rusiya vətəndaşı olduğu bildirilir.

"Yas məclisini yola verib, Moskvaya qayıdacaqdı. Birincisi, bu adam heç bir cinayət törətməyib. İkincisi, adamı atasının yasından götürüb aparmaq heç bir çərçivəyə sığmır. Başqa vaxt milli-mənəvi dəyərlərdən danışırlar”, – yaxınları əlavə edib.

Elşən Kərimovun atasının yas mərasimindən aparılması, onun harada saxlanması barədə hüquq-mühafizə orqanlarından məlumat almaq mümkün olmayıb.
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1303
Azərbaycanda bu məhsul bahalaşdı
1218
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1146
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
999
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
981
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
965
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
964
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
959
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
909
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
895
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
891
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
828
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
780
Helikopter qəzası ilə bağlı yeni xəbər
766
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
738
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
728
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
726
Həlak olan şəxslər sabah dəfn olunacaq
701
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
675
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
660