AZ

YAP Masallı rayon təşkilatı aparatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə -FOTO

Bu gün Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında  ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə  2024-cü ilin I rübünün yekunlarına həsr olunmuş müşavirə keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin eləcədə Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev 2024-ci ilin I rübü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Seyfəddin Əliyev bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər, Ümummilli Lider Heydər Əliyev tərəfindən  müəyyənləşdirilən  siyasi kurs bu gün ölkə Prezidenti  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir:Cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində Ulu Öndər Heydər Əliyevin ideyalarına və siyasi strategiyasına daim sadiq qalaraq, onları yeni çalarlarla və müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsi məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi sayəsində öz həllini tapdı. Qazanılan bütün uğurlarda ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının əməyi vardır.

Suverenliyimizin tam bərpası fonunda yeni dövrə qədəm qoyulması, bu mərhələnin bir zərurət kimi qarşıya qoyduğu 7 fevral prezident seçkilərində  Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin parlaq qələbəsi  partiyanın gələcəyə daha böyük inamla addımlamasında stimulverici amilə çevrildi. YAP həmişə olduğu kimi bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən danışan sözçü  bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir. 2021 -ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı partiyanın və ölkənin inkişafında yeni mərhələnin əsasını qoyub. Görülən işlər mütəmadi olaraq təhlil edilir, müvafiq nəticələr çıxarılır və müəyyən olunmuş vəzifələrə və perspektiv hədəflərə dair müzakirələr aparılır, fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir.

Müşavirədə Bədəlan ərazi partiya təşkilatının sədri Arif Mehtiyev, Xırmandalı ərazi partiya təşkilatının sədri Məhəmməd Yusifov, Şəhər 3 saylı tam orta məktəb  ərazi partiya təşkilatının sədri Nailə Əsədullayeva və başqaları ərazi partiya təşkilatlarının 2024-ci ilin I rübü ərzində gördüyü işlər barədə məlumat veriblər.

Seçilən
56
21
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3955
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3662
Bu yol qovşağında təmir işləri aparılacaq
3177
Bakıda hoteldə yanğın başlayıb
2737
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1843
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1699
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1555
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1486
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1472
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1289
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1269
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1185
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1178
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
991
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
966
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
950
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
940
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
887
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
857
Azərbaycan nefti ucuzlaşıb
814