AZ

YAP Masallı rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə müşavirə keçirilib

18 aprel 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı aparatında ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə 2024-cü ilin I rübünün yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin eləcədə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri Yeni Azərbaycan Partiyası Masallı Rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq tədbir iştirakçılarını salamlamış 2024-ci ilin I rübü ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.Seyfəddin Əliyev bildirmişdir ki, müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində Ulu Öndər Heydər Əliyevin ideyalarına və siyasi strategiyasına daim sadiq qalaraq, onları yeni çalarlarla və müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir. 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsi məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, cəsarəti və siyasi iradəsi sayəsində öz həllini tapdı. Qazanılan bütün uğurlarda ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının əməyi vardır.Suverenliyimizin tam bərpası fonunda yeni dövrə qədəm qoyulması, bu mərhələnin bir zərurət kimi qarşıya qoyduğu 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin parlaq qələbəsi partiyanın gələcəyə daha böyük inamla addımlamasında stimulverici amilə çevrildi. YAP həmişə olduğu kimi bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən danışan sözçü bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.2021 -ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı partiyanın və ölkənin inkişafında yeni mərhələnin əsasını qoyub. Görülən işlər mütəmadi olaraq təhlil edilir, müvafiq nəticələr çıxarılır və müəyyən olunmuş vəzifələrə və perspektiv hədəflərə dair müzakirələr aparılır, fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir.Müşavirədə Bədəlan ərazi partiya təşkilatının sədri Arif Mehtiyev, Xırmandalı ərazi partiya təşkilatının sədri Məhəmməd Yusifov, Masallı şəhər 3 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının sədri Nailə Əsədullayeva və başqaları ərazi partiya təşkilatlarının 2024-ci ilin I rübü ərzində gördüyü işlər barədə məlumat veriblər.Əlihüseyn ŞÜKÜROV

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22165
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19530
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18402
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17870
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17524
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17372
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16310
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15741
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12226
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10105
"Zaur, yenə çaşdın..." - VİDEO
8926
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8907
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8120
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7731
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7386
Minimum əmək haqqı nə qədər arta bilər?
7157
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6557
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5873