AZ

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və iki işçisi - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda itttiham aktı elan edilib.

İtthamda deyilir ki, Nuridə Seyidovaya məxsus sözügedəən şirkətlərdən birinin ofisi Heydər Əliyev prospektindəki “Çinar Plaza”da, digəri Əhməd Rəcəbli küçəsindəki “Amara Plaza”da yerləşib.

N.Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb. İş üzrə 36 nəfəri zərərçəkmiş kişi tanınıb. Bunlar hər biri azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir. Kimisi evini satıb, kimisi gəlir yeri və satmağa heç nəyi olmadığı üçün başqalarından borclanıb.

Topladıqları bütün pulları təqsirləndirilən şəxlərə veriblər. Zərərçəkmiş şəxslər iatintaqdakı ifadələrində deyiblər ki, “Urmedhelp” və “My Doc Tour Medical Tourism” şirkətləri barədə sosial şəbəkələrdən məlumat alıblar.

Saytlarındakı telefon nömrəsinə zəng vuraraq əlaqə saxlayanda Heydər Əliyev prospektindəki Çinar Plazadakı ofisə dəvət olunublar. Orada xəstə övladlarının xəstəlik sənədlərini təqdim ediblər, onlara övladlarının müalicəsi üçün Türkiyənin Antalya şəhərində yerləşən “Antalya Medical Park” təklif olunub.

Sonra zərərçəkənlərdən yola çıxmaq üçün başqa sənədləşmələr və pullar toplanıb. Bu proseslər əsasən 2002-ci ildə baş verib. Bəzi valdieynlər xəstə övladlarıyla gedərək həmin xəstəxanaya da yerləşiblər. Ancaq sonradan onlara heç kimin sahib çıxamdığını görəndə geri qayıdıblar. İstintaqın sonradan zərərçəkən kimi tanıdığı vətəndaşlar işin uzandığını görəndə, vədlərin yalan olduğunu anlayanda pullarını və cənədlərini geri tələb ediblər. Buna nail olmayanda isə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Təqsirləndirilən xanımlardan yalnız Nuridə özünü qismən təqsirli bilir, Aynur və Aysel isə özlərini günahsız hesab edir.

Maraqlısı isə budur ki, ev dustaqlığında olan Aysel özünü təqsirli bilməsə də xeyli zərər ödəyib:

“Bir tərəfdən deyirsən təqsirsizəm, digər tərəfdən nə qədər ziyan ödəmisən.”, - sədrlik edən hakim deyib.

Təqsirləndirilən şəxslərin məsum olduqlarını demələri xəstə uşaqların valideynlərinin etirazına səbəb olub. Onlar zalda səs-küy salıblar. Hakim Azad Məcidov zərərçəkmişləri anladığını deyərək, onlara müraciət edib:

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq. Sizi anlayırıq, amma xahiş edirik imkan verin prosesi aparaq”.

Bundan sonra zalda susqunluq yaranıb. Növbəti iclas mayın 1-nə təyin edilib.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova həbsdədir. Digərləri haqda həbsə alternativ qətimkan tədbiri seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23693
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13208
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10494
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Helikopter qəzası ilə bağlı yeni xəbər
5738
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5691
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5523
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4439
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4170
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3829
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3690
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3520
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3466
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3067
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2792
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2760
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2533