- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvü Nazim Umbayev Paralimpiya Oyunlarının cüdo yarışlarında hakimlik edəcək.
Msport.az ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, A kateqoriyalı beynəlxalq dərəcəli referi sentyabrın 5-7-si aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, Nazim Umbayev 2017-ci ildə B, 2022-ci ildə A kateqoriyalı beynəlxalq dərəcəli hakim adını alıb. O, 2022-ci ilin sonundan etibarən Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə Dünya Cüdo Turu çərçivəsində keçirilən nüfuzlu yarışlarda hakim kimi iştirak edir. Umbayev hazırda cüdo hakimlərinin dünya reytinqində 19-cu pillədə qərarlaşıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.