AZ

Moskvada azərbaycanlı axtarışa verildi: "Qanuni oğruyam" deyib bıçaqladı - FOTO - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan vətəndaşı bıçaqlanma hadisəsinə görə Rusiyada axtarışa verilib.

Ölkə.Az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Moskva şöbəsi məlumat yayıb.

Bildirilir ki, o, şəhərin Krasnodarskaya küçəsindəki evin həyətində motosikletçini öldürüb.

Belə ki, 21 yaşlı Şahin Abbasovun dostları park edilmiş “Camry” markalı avtomobilə qəzəbləndiyinə görə yerli sakinlə haqq-hesab çürüdərkən, o, Kiril adlı şəxsi bıçaqlayıb. Bayker qasıq nahiyəsindən yaralanıb, komaya düşüb və xəstəxanada dünyasını dəyişib.

Qonşuların SHOT-a verdiyi məlumata görə, münaqişə zamanı Şahin “problemlər yaradacağına” söz verib və özünü “qanuni oğru” adlandırıb. Bir müddət sonra o, Kiril və evin birinci mərtəbəsində yaşayan kişi ilə münaqişəyə başlayan zaman qardaşına zəng edib.

Barəsində “saxlanılma” əmri verilib. Onlar qara "BMW" axtarırlar, şübhəlinin ölkədən qaça bilməməsi üçün bütün hava limanları və dəmiryol stansiyaları xəbərdar edilib.

Ölkə.Az

Seçilən
112
50
Mənbələr
Şərh ()
Bağla