AZ

Borclu məhkəmə qərarına əməl edib borcunu qaytarmırsa, nə eləmək olar?

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Redaksiyamıza şikayət məktubu gəlib. Xalidə Əmirova bildirib ki, illər öncə tanışı ondan 10 000 manat borc alıb və sonra borcu qaytarmayıb.

Məsələ məhkəməyə qədər gedib çıxıb, məhkəmə borcun qaytarılması barədə qərar çıxarsa da, tanışı qərara əməl eləmir.

Belə olan halda nə eləmək olar?

Hit.az-ın sualına cavab verən hüquqşünas Hadı Həsənli bildirib ki, əgər borclu məhkəmənin qərarına baxmayaraq, borcunu qaytarmaqdan imtina edirsə, onun evinə icra məmuru göndərilir.

İcra məmurunun tələblərinə baxmayaraq, borclu yenə borcunu qaytarmaqdan imtina edirsə, icra məmuru onun saxlanılamsına dair məhkəməyə müraciət edə bilər və bu qərar əsasında borclunun məhkəməyə polis tərəfindən məcburi gətirilməsi baş verə bilər. 

Əgər borclunun borcu qaytarmaq imkanı yoxdursa, o, məhkəməyə ərizə ilə müraciət edib, borcunu hissə-hissə qaytara bilər.

Murad

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla