AZ

FHN Bakı Avropa liseyində təlim keçib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

FHN
Fövqəladə Hallar Nazriliyinin (FHN) Bakı Avropa liseyində fövqəladə hallarla bağlı davranış qaydaları barədə müəllim və şagirdlərin maarifləndirilməsi məqsədilə təlim keçirib. 1news.az xəbər verir ki, təlim FHN-in Bakı Regional Mərkəzinin təşkilatçılığı və İctimaiyyətlə əlaqə idarəsinin dəstəyi ilə baş tutub.
Təlimdə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin, habelə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının heyəti iştirak edib. Təlimin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə şagirdlərə müvafiq biliklərin verilməsi olub. Tədbiri giriş sözü ilə açan FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov tədbirin məqsədi barədə məlumat verib, maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib. Təlimin nəzəri hissəsində FHN əməkdaşları fövqəladə halların təsnifatı, Azərbaycan üçün xarakterik olan fövqəladə hallar və bu zaman zəruri davranış qaydaları barədə məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, maarifləndirici videoçarxlar nümayiş olunub.

Praktik hissədə şərti zəlzələ həyəcanı elan edilib, zəlzələ zamanı düzgün mövqe seçimi və digər davranışlar müəllimlərin iştirakı ilə nümayiş olunub, şagirdlərin təxliyəsi və “ilkin tibbi yardımın göstərilməsi” əməliyyatları həyata keçirilib.

Seçilən
28
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
554
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
479
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
437
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
409
Azərbaycanda bu məhsul bahalaşdı
401
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
354
Helikopter qəzası ilə bağlı yeni xəbər
326
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
320
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
313
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
309
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
303
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
300
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
299
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
267
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
255
Həlak olan şəxslər sabah dəfn olunacaq
245
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
239
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
203
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
200
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
167