AZ

İtaliyanın baş nazirini bu ölkədə etirazla qarşıladılar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İtaliyanın baş naziri Corca Meloni rəsmi səfər üçün Tunisə gedib.

Publika.azxəbər verir ki, Tunisdə baş nazirə qarşı etiraz aksiyası keçirilib.

Nümayişçilər “Uşaqlarımız haradadır?”, “Bir nəfər rəqəm deyil”, “Mühacirlərə qarşı müharibədir”, “Meloni, burada xoş gəlmirsən” şüarları səsləndiriblər.

Etirazçılar İtaliyadakı tunisli mühacirlərlə pis rəftar edildiyini və onların deportasiya etməyə məcbur olunduğunu bildiriblər. Mühacirlərin kütləvi surətdə deportasiyasına son qoyulmasını və İtaliya sahillərinin qorunması üçün Tunisə təzyiqlərin dayandırılmasını tələb ediblər.

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla