AZ

40 bağça müdiri işdən çıxarılıb, 200-nə töhmət verilib – RƏSMİ

Son 3-4 ay ərzində 40-a yaxın müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib.

Vətəninfo.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat xarakterli brifinq zamanı deyib.

O bildirib ki, bağçalarda hamımızın ara-sıra mətbuatda gördüyümüz pozuntu halları, uşaqların qidalanması ilə bağlı tərbiyəçilər ilə uşaqlar arasındakı olan münasibətlə bağlı vaxtaşırı neqativ hallarla rastlaşırıq:

“Bu nəzarətimizdədir. Monitorinqlərin əhatəliyi dayanmır. Son 3-4 ay ərzində 40-a yaxın müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib, 200-nə töhmət verilib. Bağçalarda monitorinqlər mütəmadi davam edəcək”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla