AZ

Ruslar təklif etdi, "Qalatasaray"ın baş məşqçisi vaxt istədi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiyanın "Spartak" klubu baş məşqçi postuna "Qalatasaray"ın çalışdırıcısı Okan Buruku gətirmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Moskva klubu türkiyəli mütəxəssisə 2 il üçün 7,5 milyon avro maaş təklif edib. Buruk ruslardan düşünmək üçün vaxt istəyib.

Okan Buruk 2022-ci ilin yayından "Qalatasaray"a rəhbərlik edir. O, ötən il bu komanda ilə Super Liqanı qazanıb. İstanbul təmsilçisi cari mövsümdə çempionatda 87 xalla liderdir.
Seçilən
44
7
Mənbələr
Şərh ()
Bağla