- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bakı, 18 aprel, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları baş tutacaq.
AZƏRTAC xəbər verir ki, günün ən maraqla gözlənilən görüşlərindən biri İtaliyada baş tutacaq. Bu ölkənin iki komandası – “Roma” və “Milan”ın üz-üzə gələcəyi görüş saat 23:00-da start götürəcək. İlk matçda paytaxt klubu 1:0 hesabı ilə qalib gəlib.
İtaliyanın digər təmsilçisi “Atalanta” İngiltərədə məğlub etdiyi (3:0) “Liverpul”u bu dəfə doğma meydanda qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
1/4 finalın digər oyunları
23:00. “Vest Hem” (İngiltərə) – “Bayer 04” (Almaniya)
İlk oyun - 0:2.
23:00. “Marsel” (Fransa) – “Benfika” (Portuqaliya)
İlk oyun - 1:2.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.